Akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan respublika elmi konfransı keçiriləcək
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da Azərbaycan Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, konfransda akademik Vasim Məmmədəliyevin həyatı və elmi-pedaqoji, elmi-dini, dini-maarifçilik, tərcüməçilik fəaliyyətinə, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna həsr olunan məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məqalələrini sentyabrın 29-dək [email protected] elektron ünvanına göndərməlidir.
Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.
Əlaqələndirici şəxslər:
Şahin Ələsgərov (+99412) 510 65 45, (+99455) 529 93 80;
Emil İsbatov (+99412) 510 65 45, (+99455) 200 21 03.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]