“Akhisar Bələdiyyəspor”-“Qəbələ” oyunu heç-heçə yekunlaşıb
Bakı, 10 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 10-da ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, 2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində təşkil olunan qarşılaşma “qırmızı-qaralar”ın yeni ildə ilk matçı olub. Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun yetirmələri Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşüb.
Görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. “Qəbələ”nin heyətində Filip Ozobiç fərqlənib.
“Qəbələ” 2018-ci ildəki ilk qarşılaşması klub tarixində 94-cü beynəlxalq yoldaşlıq oyunu olub. Həm Qəbələdə, həm də ölkə xaricində baş tutan toplanışlar çərçivəsində xarici klublarla 93 matç keçirən “qırmızı-qaralar” bu görüşlərin 59-nu Türkiyədə oynayıb. Bugünkü görüş “qırmızı-qaralar”ın 14-cü dəfə təlim-məşq toplanışına getdiyi ölkədə 60-cı beynəlxalq sınağı olub. Bunlardan 26-da qələbə qazanan “Qəbələ” 16 heç-heçə edib və 17 dəfə uduzub. Xarici komandalarla buradakı matçlarda 100 qol vuran futbolçularımız 68 top buraxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]