AKTAU LİMANI İLK İRİ TANKERLƏRİ QƏBUL ETMİŞDİR
Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik bildirmişdir ki, 2015-ci ilədək ölkədə ildə 150 milyon tondan çox neft çıxarmaq nəzərdə tutulur. Odur ki, neftin beynəlxalq bazarlara dənizlə daşınması çox vacibdir. Yeni terminallar Aktau limanının buraxılış gücünü ildə 12 milyon tonadək artırmağa imkan verəcəkdir.
Nazirin sözlərinə görə, gələcəkdə Qazaxıstan donanması Xəzərdə Bakıya, Mahaçqalaya və İran limanlarına ildə 20 milyon tonadək neft daşıyacaqdır.
Bundan əlavə, planlaşdırıldığına görə, 2015-ci ilədək Xəzərin Qazaxıstan sektorunda ildə 100 milyon tonadək neft çıxarılacaqdır. Onun nəqli üçün Qərbi Qazaxıstan – Qərbi Çin neft kəməri çəkiləcəkdir. Təxminən 2,5 milyard dollar dəyərində olan bu kəmərlə ildə azı 20 milyon ton neft nəql ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]