Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Aktyorun vəzifəsi xalqa xidmət etməkdir” - Həmidə Ömərova ilə söhbət

“Aktyorun vəzifəsi xalqa xidmət etməkdir” -  Həmidə Ömərova ilə söhbət

Bakı, 23 dekabr, Anara Axundova, AZƏRTAC

Həmidə Ömərova Sovet İttifaqı və Azərbaycan aktrisası, Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycanın Xalq artisti, Kinoaktyorlar Gildiyasının prezidenti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. 1977-ci ildən 30-dan çox filmdə rol alıb və 80-ci illərin ən uğurlu Azərbaycan aktrisası olub. O, Azərbaycandan kənarda "Qorxma, mən səninləyəm" filmindəki Telli rolu ilə məşhurlaşıb.

Xalq artisti həyat yolunun kino ilə necə kəsişdiyi barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində söz açıb.

- Həmidə xanım, bu yaxında sizin yaradıcılıq gecəniz oldu. Tədbir necə keçdi?

- Möhtəşəm! Adətən deyirlər ki, sənət adamları bir-birləri ilə yaxın dostluq etmirlər, bir-birinə həsəd aparırlar, bir-birlərinin uğurlarına elə də çox sevinmirlər... Amma yaradıcılıq gecəmdə gördüklərimi sözlə ifadə etməyə belə çətinlik çəkirəm, mən bunu gözləmirdim! Xalq artistləri və Əməkdar artistlər, film və tamaşalardakı tərəf müqabillərim, tələbə yoldaşlarım çıxış etdilər. Əlbəttə ki, onlardan bu qədər səmimi sözlər eşitmək məni fərəhləndirdi. Salondakı tamaşaçılar arasında çox sayda doğmalarım, mənə yaxın olan insanlar - dostlarım, həmkarlarım, tələbələrim var idi... Tədbir dörd saat davam etdi - insanlar getmək istəmirdilər! Hətta təşkilatçılar sonradan dedilər ki, indiyə qədər heç vaxt belə bir şey olmayıb.

- Sizinlə tədbirdən bir həftə əvvəl telefonla danışanda dediniz ki, tədbir zamanı zaldakı tamaşaçılarla ünsiyyət qurmağı planlaşdırırsınız. Bunu edə bildinizmi?

- Etdim! Bu, olduqca böyük zövq idi və mənə o qədər müsbət enerji, xoş əhval-ruhiyyə bəxş etdi ki... Çox sevindirici haldır ki, təşkilatçılar mənə insanlarla söhbət etmək imkanı yaratdılar. O vaxt - sovet dövründə belə idi... biz rayonları gəzirdik, xalqla söhbət edirdik, onlara film göstərirdik, onlar üçün şeir söyləyirdik və ya pyesdən parçalarla çıxış edirdik. Bu, həm tamaşaçılar, həm də bizim üçün çox xoş idi. Aktyorlar xalqın arasında idi. Sonralar təəssüf ki, bu ənənə yaddan çıxdı.

- Həmidə xanım, bəs ümumiyyətlə, aktyorun vəzifəsi nədən ibarətdir?

- Əsla özünə yox, məhz xalqa xidmət etmək... Həm də əgər aktyor həqiqətən yaradıcı insandırsa, öz peşəsini sidq ürəklə sevirsə, ondan heç vaxt ayrıla bilməyəcək. Müxtəlif vaxtlarda mənə fərqli xarakterə malik rollar təklif edirdilər, mən imtina edirdim. Deyirdim ki, bu rollar mənlik deyil, insanlar məni başqa cür tanıyırlar, onların mənim barəmdə müəyyən təsəvvürləri var, mən onları yanılda bilmərəm.

- Bəs, nə vaxtsa sizə elə gəlibmi ki, bu vəzifəniz məhz elə əvvəlcədən müəyyənləşdirilib?

- Bəli. Mən bu qənaətə tədricən gəlmişəm. Bizim həyatımız, müəyyən mənada ssenaridir, onu biz yazmamışıq. Məsələn, deyirlər ki, bu taledir! Yaxud təsadüfdür... Mən isə belə hesab edirəm ki, təsadüf heç nə yoxdur.

- Deyəsən, sizin adınız da təsadüfən qoyulmayıb. Bu adın seçilməsinin faciəli də olsa, çox maraqlı tarixçəsi var... Valideynləriniz siz doğulana qədər artıq iki övladlarını itiriblər. Siz dünyaya gələndə isə onlar ziyarətgaha gediblər...

- Bəli. O vaxt dizenteriya yayılmışdı, uşaqlar ölürdü... Valideynlərim qardaşım Rafiqi və bacım Alagözü bu xəstəliyə qurban veriblər… Onlar məni Sufi Həmid pirinə apardılar. Oraya çox sayda uşaq aparırlar. Həmin ziyarətgahda daşdan dəvə heykəli var. Valideynlərimə demişdilər ki, uşağı həmin dəvənin altına qoyun, əgər ağlamağını kəsib yuxuya getsə, sağ qalacaq. Mən isə dayanmadan ağlayırdım. Məni dəvə heykəlinin altına qoyanda isə birdən sakitləşmişəm. Beləcə sağ qalmışam. Adımı da Həmidə qoyublar.

- “Həmid” adının mənası tərcümədə “məşhur, tanınmış” deməkdir. Adın insanın taleyini, onun xarakterini müəyyən etdiyinə inanırsınızmı?

- İnanıram.

- Belə bir sualım var, siz axı əvvəlcə filologiya fakültəsinə daxil olmuşdunuz. Birinci kursdan sonra isə birdən-birə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) qəbul olundunuz. Niyə?

- Anam sərt xasiyyətli qadın idi. İndi özümü onun yerinə qoyuram və başa düşürəm. O, iki övladını itirmişdi. Sonra mən doğuldum. Qucağında körpə ilə ziyarətgaha gedib, heç olmasa, bu uşağının sağ qalmasına gecə-gündüz dua edib. Uşaq doğrudan da sağ qalıb! Ona görə də mənə qarşı bu qədər sərt davranırdı. O, məni bu cür qorumağa çalışırdı, mən bunu indi başa düşürəm. Həkim olmağımı çox istəyirdi. O vaxt elə idi ki, məktəbi qızıl medalla bitirmisənsə, - mən qızıl medal almağa namizəd idim, - təkcə bir fəndən, biologiyadan imtahan verib Tibb Universitetinə qəbul olmaq olardı. Anamın sözündən çıxmırdım. Biologiyanı sevməsəm də, oxuyurdum.

İncəsənət məni özünə daha çox cəlb edirdi - bu istək mənə atamdan keçib. Anam özü mahnı oxumağa meyilli olsa da, o vaxt qardaşları onun musiqi ilə məşğul olmasına imkan verməyiblər. Elə alındı ki, mənim qızıl medalımı başqa şagirdə verdilər, mən də sənədlərimi Tibb Universitetinə verəsi olmadım. Məni bir sual düşündürürdü - bəs, mən tez-tələsik hara qəbul ola bilərəm? Axı, başqa imtahanlara hazırlaşmamışdım, təkcə biologiyanı oxumuşdum. Filologiya fakültəsinə qəbul olundum. Amma yaxşı oxumağıma baxmayaraq, orada özümü çox narahat hiss edirdim. Sıxılırdım. Hiss edirdim ki, mənim sənətim tamamilə başqadır. Lakin aktrisa olmaq ağlımın ucundan belə keçmirdi! (gülür.)

- Bəs necə oldu ki, aktyorluq fakültəsinə qəbul oldunuz?

- Günlərin bir günü televizorda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, tanınmış rejissor Həsən Seyidbəylinin çıxışını gördüm. O dedi ki, Moskvada aktyorluq sənəti üzrə fakültə açılır, orada azərbaycanlı tələbələr də təhsil ala biləcəklər. Həm də mən oraya aktrisa olmaq istədiyim üçün daxil olmadım - sadəcə olaraq, başqalarının diktəsi ilə yaşadığım həyat tərzimdən qurtulmaq istəyirdim. 17-18 yaşım olardı. Deyirdilər ki, bu olmaz, o olmaz. Aktyorluq fakültəsinə daxil olduğumu anama deyəndə, evdə qiyamət qopmuşdu! Üç gün-üç gecə ağladım, yemək yemədim, yuxu yatmadım, diz üstə çöküb anama yalvardım. Axır ki, onu razı sala bildim. İndi özümü anamın yerinə qoyuram və fikirləşirəm - mən olsaydım, qızımı buraxmazdım. O vaxt bütün qohumlarımız təəccüb içində idilər ki, anam məni oxumağa göndərməyə necə razı olub?

- Bəlkə o vaxt onu musiqi ilə məşğul olmağa qoymadıqları üçün özünün ört-basdır etdiyi duyğularını xatırlayaraq, sizə mane olmaq istəməyib?

- Hə, ola bilər. Ancaq bu ona çox pis təsir etmişdi… O, mənim üçün çox darıxırdı. Mən institutu bitirəndən sonra isə onun davranışında müəyyən qəribəliklər olduğunu hiss etməyə başlamışdım. Daha sonra bu hallar davamlı xarakter almağa başladı və 70-ci illərdə anamda amneziya xəstəliyi baş qaldırdı.

- Bunu niyə özünüzlə əlaqələndirirsiniz ki..? Axı, bu hal təbii, irsi yarana bilər.

- Yox, mən özümü günahkar hiss edirəm. Axı necə ola bilər ki, ana hər gün öz uşağına məktub yazıb göndərsin... Dörd il ərzində hər gün! Hər dəfə eyni şeyi yazırdı: özünə yaxşı bax, şirinçay iç, qalın geyin, axı Moskva soyuqdur...

- Niyə də yox? Ola bilər. Bu, ana məhəbbətidir.

- Elə bu cür sevgi də onun səhhətinə çox ağır təsir göstərdi. Mən buna görə çox əzab çəkdim. Artıq xeyli vaxtdır ki, bu hisslərdən yaxa qurtara bilmirəm.

(Hər ikimiz bir müddət susuruq.)

- Hə, onu deyirdim axı, fakültəyə qəbul olanda aktrisa olmaq ağlıma da gəlmirdi. Deyirdim ki, bitirəndən sonra rejissor olaram. Həqiqətən də, rejissor olmaq istəyirdim. Ancaq müəllimim, SSRİ xalq artisti Yevgeni Semyonoviç Matveyevin də dediyi kimi, bir çoxu buraya oxumağa tamamilə başqa səbəblərə görə gəlir, fəqət aktyorluq sənəti əsl bataqlıqdır! Adamı özünə elə çəkir ki, sonra içindən çıxıb qurtulmaq da mümkün olmur. Həqiqətən, bu, mənim də başıma gəldi.

- Beləcə, siz 80-ci illərin ən çox çəkilişlərə dəvət olunan aktrisalarından biri oldunuz, bu, əsl fantastikadır! Aktyor olmağı ağlının ucundan belə keçirməyən bir insan birdən-birə ulduza çevrilir... Yazırlar ki, siz eyni vaxtda üç-dörd filmə birdən çəkilməli olurdunuz. Bu ki ağlasığmaz dərəcədə ağır qrafikdir.

- Bəli, ildə təxminən 3-4 filmə çəkilirdim. Gah burada olurdum, gah Qaxa gedirdim, gah da Düşənbəyə...

- Həmidə xanım, bu necə baş verirdi?

- Əsl nağıl idi!

- Siz baş verənlərə inanırdınız?

- Xeyr! Bunu düşünməyə qətiyyən vaxtım yox idi! (gülür).

- Bəs necə oldu ki, belə bir nəticə alındı?

- İnstitutu bitirəndən sonrakı ilk yarım il ərzində məni, ümumiyyətlə, heç bir filmə çəkmədilər. Daha sonra isə məni Oqtay Mirqasımov gördü. Kinostudiyadakı akt zalımızda diplom tamaşamızı göstərirdik, Oqtay da orada idi. Tamaşadan sonra mənə yaxınlaşıb dedi ki, Nəbi Xəzrinin poeması əsasında “Anlamaq istəyirəm” adlı film çəkməyə hazırlaşır, orada professorun qızı rolu var. Amma o, əsl professor qızını çəkmək istəyirdi, rol üçün namizədi var idi. Xahiş etdi ki, ÜDKİ məzunu kimi o qızı bu filmin çəkilişlərinə hazırlayım. Rol çox çətin idi... Amma o qızla həvəslə işləyirdim. Sonra Oqtay dedi ki, filmə məni çəkmək istəyir. Azərbaycanda məni rol üçün təsdiq etdilər. Amma Moskvada yox...

O vaxt bütün televiziya filmlərinin çəkilməsi üçün icazə Moskva tərəfindən verilirdi. Oqtay dedi ki, “xeyr, mən bu rola Həmidəni çəkəcəyəm, ikinci çəkiliş sınaqlarına icazə verin”. İkinci sınağı isə bir ay gözləmək lazım gələcəkdi! Bir ay vaxtımız hədər gedəcəkdi! Film üçün bu, böyük müddətdir, həm də böyük xərclər deməkdir. Lakin Oqtay vaxtı boşa keçirmədi və məni Eldəniz Rəsulovla birgə “Mozalan”a çəkdi. Odur ki, mənim aktrisa kimi ilk debütüm məhz “Mozalan”da oldu. İkinci sınaqlar başa çatandan sonra isə cavab gəldi, məni filmdəki rola təsdiqləmişdilər. Oqtay ilk rejissor idi ki, filmində məhz mənim çəkilməyim üçün bu qədər israr edirdi. Bu rola görə hətta mənə mükafat da verdilər. Oqtay Mirqasımova böyük minnətdarlığımı bildirirəm. Mənim o filmdə çəkilməyim taleyin işidir, görürsünüzmü, yenə də tale öz sözünü dedi...

- Bəs, “Qorxma, mən səninləyəm!” filmi. Axı o da taleyüklüdür. Demək olarmı ki, Telli rolu önəmli idi?

- Olar. Mən hətta bir hadisəni danışacağam. Biz Çexoslovakiyaya Azərbaycan incəsənəti ongünlüyünə gedəndə bu filmi orada göstərdilər. Azərbaycandan 50 nəfər idik - həm tanınmış müğənnilər, həm də musiqiçilər. Biz Praqaya qatar ilə getdik. Festivalın açılışına “Qorxma, mən səninləyəm!” filminin nümayişi ilə başladılar. Filmi artıq çex televiziyasında göstərmişdilər, bu filmi hamı tanıyırdı. Elan edəndə ki, Telli rolunu ifa edən aktrisa hazırda zaldadır, bu, bir başqa aləm idi... Mən Azərbaycanda bu cür reaksiya görməmişdim! Onlar ayağa qalxdılar və alqışlamağa başladılar. Təsəvvür edirsiniz?

-Maraqlıdır! Bəs sizin üçün bu filmə - “Qorxma, mən səninləyəm-2”nin çəkiliş meydançasına qayıtmaq necə idi?

-Mən orada çəkilməyi heç istəmirdim...

-Bəs, orada Tellisiz necə..?

-İş orasındadır ki, orada Telli demək olar, yoxdur. Mən 400 səhifəlik ssenarini oxuyanda və başa düşəndə ki, Telli yalnız iki səhnədədir, çox təəccübləndim. Telli zirək qız idi. O, atasının - bəyin sözünə qulaq asmırdı, inadkar idi. Birdən onun qızını oğurlayırlar, o isə kənarda qalır? Özünün naxış tikməsi ilə? Bu, Telli deyil! Əgər ondan həyat yoldaşına qoşulub qızını xilas etməyə gedən qəhrəman etsəydilər, bax bu, süjet olardı! Nəhayət, ekranlarımızda macəra filmində qəhrəman qadın yaranardı. Digər tərəfdən həmin il mən anamı itirmişdim... Özümdə deyildim. Yəni, mən heç çəkilmək istəmirdim. Lakin həm Polad, həm Qusman istədilər ki, mən iştirak edim. Mən əvvəlki komandaya görə bu addımı atdım. Lakin təəssüf ki, film alınmadı.

-Həmidə xanım, gəlin, 80-ci illərə qayıdaq. Ölkənin ən uğurlu aktrisasısınız, siz çəkilirsiniz, hər şey bir il qabaqcadan yazılıb: eyni vaxtda 3-4 filmə çəkilişləriniz var. Gözlənilmədən Sovet İttifaqı dağılır və kinostudiya tənəzzülə uğrayır... Bu dövr sizin üçün necə idi?

-Dəhşətli! Heç yada salmaq istəmirəm. Bütün tanınmış aktyorlar işsiz qaldı. Əlimdə körpə uşaq, həyat yoldaşım işini itirib, mən çəkilmirəm...

-Siz buna necə tab gətirdiniz?

-Mən Kinematoqrafçılar İttifaqına işləməyə getdim, o vaxt oraya Rüstəm İbrahimbəyov rəhbərlik edirdi. Məni oraya Rasim Balayev dəvət etmişdi. O, həmin vaxt Kinematoqrafçılar İttifaqının birinci katibi işləyirdi. Mən yaradıcı bölmənin müdiri təyin olundum. Öz işimi vicdanla yerinə yetirirdim, lakin hamımız dəhşətə gəlirdik, çünki filmlər çəkilmirdi. Günlərin bir günü gənc jurnalist Seymur Elsevər mənimlə küçədə rastlaşdı. Dedi ki, onlarda, “Lider” telekanalının nəzdində “Bizim əsr” qəzeti fəaliyyət göstərəcək və məndən filmlərdə tərəf-müqabillərim haqqında kiçik qeydlər yaza bilməm barədə soruşdu. Mən evə gəldim, indiki kimi yadımdadır, cümə axşamı idi, masa arxasına əyləşdim, qələmi əlimə aldım və öz-özümə dedim ki, Həsən Məmmədov haqqında yazacağam. O, mənim ilk tərəf-müqabilim idi, Oqtay Mirqasımovun filmində atamı oynayırdı.

Yazmağa çalışıram, yaza bilmirəm. Alınmır! Birdən-birə uşaqlıq xatirələrim barədə yazmağa başladım: mənim 15 yaşım vardı, anamla xəstəxanaya qohumlarımın ziyarətinə getdik. Həyətdə mənə bir kişi yaxınlaşdı və burada nə etdiyimi soruşdu. Mən cavab verdim ki, anamı gözləyirəm. O, məndən böyüyəndə kim olmaq istədiyimi soruşdu. Mən cavab verdim ki, bilmirəm, hələ məktəbdə oxuyuram. O, mənə dedi ki, sənin iri, gözəl, mənalı gözlərin var, aktrisa olmağı sənə məsləhət görərdim. Məlum oldu ki, bu insan aktyor Rza Əfqanlı imiş. O dedi: “Mənim sözlərimi yadda saxla, sən yaxşı aktrisa olacaqsan!”. Mən bu əhvalat barədə yazdım. Qəzet çıxanda məlum oldu ki, Rza Əfqanlının 100 illiyi günü çıxıb. Sonra əlbəttə ki, mən Həsən Məmmədov haqqında da yazdım. Bax belə, öz xatirələrim barədə yazmağa başladım, həm də obrazlı şəkildə, ssenari kimi yazdım. Əlbəttə ki, yumorla.

-Bəs sizə elə gəlmir ki, baş verənlər sizi sanki yazıçılığa yönəltdi?

-Bəli. Bütün bunları edən “Həmidə”dir. Adım mənim taleyimi qabaqcadan müəyyən edib. Hər şey qarşılıqlı əlaqəlidir. Bu çətin dövr mənə elə-belə verilməmişdi. Hər şey Tanrının ssenarisi ilə gedir.

-Siz 2006-cı ildən bəri Kinoaktyorlar Gildiyasının prezidentisiniz.

-Bəli, biz onu Cəmil Quliyevin sayəsində yaratdıq, məni bu ideyaya o sövq etdi, bir də rəfiqələrim - rəhmətlik Fərqanə Quliyeva və Sona Mikayılova. Onlar əllərindən gələni etdilər ki, mən bu gildiyanı yaradım və indi onun prezidentiyəm.

-Siz Azərbaycanda müasir kinematoqrafiyadakı vəziyyəti necə qiymətləndirirsiniz?

-İndi bizim yeni nazirimiz var - Adil Kərimli. Bu yaxınlarda pitçinq keçirildi. Yəni Qərbdə və Avropada keçən təcrübəni indi bizdə keçirməyə başlayırlar. Filmlərə müraciəti nəzərdən keçirən, ssenarini oxuyan və hansı filmi buraxmağa qərar verən komissiya yaratdılar. Prezident İlham Əliyev kinematoqrafiyanın inkişafına vəsait ayırıb, bizim də kinematoqrafçılarımız tələbə filmlərinə və debütlərinə diqqət ayırmaq qərarına gəliblər. Mən bunu ürəkdən alqışlayıram. Bu, çox yaxşı təşəbbüsdür, çünki gələcəyin kinematoqrafiyasına kömək edəcək. Bizim gənc nəsil iş başında olacaq, çalışacaq, mövzu axtaracaq və fəaliyyət göstərəcək. Əlbəttə ki, hazırda kinematoqrafiyada çalışanlar üçün ayrıca pitçinq keçiriləcək...

Mənim şəxsən tanıdığım, hörmət etdiyim, filmlərini izlədiyim xeyli sayda istedadlı insan var. Lakin elə etmək lazımdır ki, xalq bu filmlərə baxsın, yəni bu filmlər həm maraqlı, həm ideyalı, həm də rəqabətqabiliyyətli olsun. Məsələn, Tarantino və ya Dardenn qardaşları, yaxud kinematoqrafiyanın digər nümayəndələri eyni vaxtda həm müəllif, həm də kommersiya kinosu çəkməyə nail olurlar? Əgər dünya örnəyi varsa, o halda biz də analoji filmlər çəkə bilərik. Biz yaradıcı insanlara ideoloji filmlər ərsəyə gətirməkdə kömək etməliyik. Düzdür, ideologiya olan yerdə kommersiya ikinci yerə keçir... Lakin bu istiqamətdə işləmək lazımdır.

-Bəs nə etmək lazımdır ki, Azərbaycan kinematoqrafiyası beynəlxalq səviyyəyə çıxsın?

-Gənclərin ruh yüksəkliyini dəstəkləmək lazımdır. Əgər onlar film çəkirlərsə və bu, onlarda yaxşı alınırsa, elə etmək lazımdır ki, dövlət sifarişlərindən asılı olmasınlar. Onlar öz şirkətlərini yaratsınlar və bu əsasda bizdə kinematoqraflar müstəqil inkişaf edəcək. Lakin indi onları dəstəkləmək lazımdır. Onlar özlərinə yol açdıqdan sonra artıq “spilberqlər”ə, “koppolalar”a çevriləcəklər. Əlbəttə ki, çəkilənlərin 80 faizi incəsənət əsəri deyil. Lakin maraqlı gənclər də var. Onlara diqqəti çəkmək, yeni layihələr yaratmaq lazımdır.

-Sizcə filmlərimizə hansı unikallığı əlavə etməliyik ki, onlar dünyaya maraqlı olsun?

- Milli mədəniyyətimizi. Necə ki, gürcülər bunu həmişə ediblər. Sovet dönəmində gürcü filmləri həmişə seçilib. Niyə? Çünki onlar Qərbə deyil, gürcü mentalitetinə istiqamət götürmüşdülər. Bizim o qədər maraqlı mövzularımız var ki! Biz özümüz haqqında filmlər çəkməliyik. Amerikalı aktyorları deyil, özümüzünküləri dəvət etməliyik. Bax, həmin vaxt biz irəli gedəcəyik. Bizim musiqini məgər əcnəbilər yaradır? Bizim bədii əsərləri məgər əcnəbilər yazır? Rəsmləri? Xeyr, biz özümüz bunu edirik. Kinoda da belə olmalıdır. Kinoda imkanlar genişdir. Mövzumuz da çoxdur. Sadəcə, bu mövzuları təqdim etmək lazımdır.

- Həmidə xanım, aktyorların işləri necədir?

- Mən bayaq Çexoslovakiyadan, çexlərin məni necə alqışlamağından danışdım. Bax, həmin vaxt mən anladım ki, onlar üçün aktyor böyük anlamdır. Təkcə onlar üçün yox: Qərbdə, Bollivudda, hər yerdə! Bizdə belə deyil. Bizdə aktyor özünü ulduz kimi hiss etmir. Bəli, populyar kimi hiss edir, lakin ulduz kimi yox. Aktyor çox qazanmır, həm də bu, asılı peşədir. Aktyor onu tanımaqdan ötrü həmişə iş başında olmalıdır. Ona görə də aktyorlarımız seriallara getmək məcburiyyətində qaldılar. Bizi filmlərdən daha çox seriallar vasitəsilə tanıyırlar. Məsələn, məni gənc nəsil Şəfiqə xala kimi tanıyır, mən bu rolu 6 ildir “Ata ocağı”nda oynayıram, onlar heç mənim adımı bilmirlər (gülür). Mənə deyəndə ki, seriallarda çəkilmək lazım deyil, mən bununla razılaşmıram. Qərbdə də, Hollivudda da məşhur aktyorlar seriallara çəkilirlər. Seriallarımızı inkişaf etdirmək lazımdır. Bir çox artist, elə mən özüm də bu sektoru inkişaf etdirmək üçün gəlmişik. Bundan başqa, burada maddi tərəf də var. Axı, aktyor qazanmalıdır.

-Həmidə xanım, hansı rol sizin üçün sevimlidir?

-Mənim ən sevimli rollarımdan biri “Anlamaq istəyirəm” filmində Çinarədir. Əlbəttə, Telli. Bir də “Nizami” filmində oynadığım Afaqın ölüm səhnəsi mənim çox xoşuma gəlir.

-Siz kinoda və ya teatrda hansı rolu oynamaq istərdiniz?

-Mən yəqin ki, kinoda yalnız anaları və nənələri oynayacağam (gülür). Teatrda isə...

-Teatrda hər şey mümkündür!

- Bəli (gülür). Mən nə vaxtsa “Mehmanxana sahibəsi” tamaşasında Mirandolinanı oynamağı arzulayırdım. Lakin vaxt keçib... Mən bəzən anam haqqında ssenari yazmaq və ona uyğun qısametrajlı film çəkmək istəyirəm... O, çox istəyirdi ki, mən aktrisalar haqqında ssenarilər yazım! Mənim yaxşı bələd olduğum aktrisalarla. Lakin hər istədiyimiz alınmır.

-Bəlkə alınacaq?

-Ümid edəcəyik! Qismətdə varsa, olacaq.

P.S. Söhbətimiz kafedə baş tutmuşdu. Qonşu masada gənc cütlük oturmuşdu. Onların bizə baxdığını görürdüm.

Həmidə xanım masadan birinci qalxdı. O, başqa müsahibəyə tələsirdi. Gənc oğlanla qız mənə yaxınlaşdılar. Qız tərəddüdlə soruşdu: “Bağışlayın, bu xanım aktrisadır, hə?” “Bəli”, - deyə cavab verdim. “O, həmin köhnə filmdə oynayıb? “Qorxma, mən səninləyəm” filmində. Bu, odur. Telli!” - deyə oğlan söhbətə qarışdı.

“Həmidə xanım! Həmidə Ömərova”, - yaxınlaşan ofisiant yavaşca dedi. Mən gülümsədim və başımla təsdiqlədim.

Beləliklə, Həmidə xanım, siz “Şəfiqə xala” deyilsiniz, xeyir. Siz bizim Tellimizsiniz.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu