Alfonso Dominqes: Olimpiya Oyunlarından sonra yaxşı formada deyiləm
Bakı, 15 aprel,AZƏRTAC
“Bu, "Paris-2024" Yay Olimpiya Oyunlarından sonra ilk turnirimdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük İpək Yolu beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.
O, yarışın yaxşı keçdiyini bildirib: "Təşkilatçılıq idealdır. Bakıya güclü idmançılar təşrif buyurublar. Bu cür yarışlar boksçuların formada qalmasına müsbət təsir edir".
92 kiloqram çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı Olimpiya Oyunlarından sonra yaxşı formada olmadığını söyləyib: "Bu yarışdan sonra bir müddət istirahət etdim. Çalışıram ki, əvvəlki formama qayıdım və bokssevərlərə yaxşı görüşlər göstərim".
Qeyd edək ki, yarışda 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparırlar.Azərbaycan bu yarışda kişilər arasında 47, qadınlar arasında isə 11 boksçu ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]