CƏMİYYƏT
Ali Məhkəmə xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında qərar verib
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarı açıqlanıb.
Bu barədə Ali Məhkəmənin Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Qərarda xarici elementli (sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və hüquqi şəxslərin iştirak etdikləri) kommersiya mübahisələrinə kommersiya məhkəmələrində baxılarkən həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının nəzərə alınmasının maddi və prosessual hüquqi məsələlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bu baxımdan məhkəmələr tərəfindən xarici elementli kommersiya mübahisələrinin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu, 79-1-ci və 80-ci maddələrini rəhbər tutaraq qərar qəbul edib.
Qərarın tam mətni ilə keçid vasitəsilə tanış olmaq mümkündür.