Ali təhsil müəssisələrində xarici keyfiyyət təminatına dair təlimlər təşkil ediləcək
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADU, ATU və AƏSMA-ya təlim xidmətləri göstərəcək
Bakı, 1 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqavilələri imzalanıb.
TKTA-dan AZƏRTAC-a verilən məlumata görə, imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən Agentlik tərəfindən ADU, ATU və AƏSMA-da təlimlərə start verilib.
Əməkdaşlıq müqavilələri çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamenti Təlim və metodologiya şöbəsi tərəfindən qeyd olunan ali təhsil müəssisələrində xarici keyfiyyət təminatına dair təlimlər təşkil olunacaqdır. Təlimlərin əsas məqsədi ADU, ATU və AƏSMA-nın akademik və inzibati heyətinə ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı qaydalarına və qiymətləndirmə meyarlarına dair geniş məlumatların verilməsidir.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]