ALİMİN İKİ KİTABININ TƏQDİMATI OLMUŞDUR
Birliyin katibi Arif Əmrahoğlu ciddi axtarışların məhsulu olan kitabların işıq üzü görməsi münasibətilə müəllifi təbrik edərək bildirmişdir ki, hər iki əsər ümumilikdə türkdilli xalqların tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Birinci kitabda türkdilli xalqların keçmiş SSRİ-də, eləcə də bütün dünyada yaşadıqları ərazilərdə həmin torpaqların istilası ilə əlaqədar dəyişdirilmiş əski türk adlarının lüğəti verilmişdir. Müəllif bəzi ölkə və vilayətlərdə əzəli türk adlarının dəyişdirilməsi tarixindən də söhbət açır.
“Türk imzası” kitabından bəhs edən professor Qəzənfər Kazımov və başqaları kitabda türk təxəllüsləri daşıyan şəxsiyyətlərin tərcümeyi-hallarını və yaradıcılığını əhatə edən məqalələrin, istifadə etdikləri türk mənşəli təxəllüslərin tarixi-etimoloji təhlilinin verilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Kitabların redaktorları AMEA-nın müxbir üzvləri Afat Qurbanov və Nizami Cəfərovdur.