Alimlər: Qlobal istiləşmənin ilk qurbanları kərtənkələlər olacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
ABŞ-ın Klemens Universitetinin tədqiqatçıları bildiriblər ki, qlobal istiləşmənin ilk qurbanları kərtənkələlər olacaq.
AZƏRTAC medikforum.ru saytına istinadla xəbər verir ki, alimlər təhlillər nəticəsində iqlim dəyişikliklərindən ilk növbədə məhz Yerin bu canlı varlıqlarının zərər çəkəcəyini müəyyən ediblər. Alimlərin dərc olunmuş elmi məqaləsində deyilir ki, artıq 2080-ci ilədək Yer üzündə sürünənlərin 40 faizi məhv olacaq. O da qeyd olunur ki, əgər iqlim dəyişikliyi davam edəcəksə, bu, yalnız o halda baş verəcək.
Kərtənkələlər daha çox ziyan çəkəcək, çünki onlarda havanın istiliyinin tənzimlənməsi prosesi digər canlı varlıqlardan fərqlənir. Bundan başqa, bu heyvanların ətraf mühitdəki dəyişikliklərə uyğunlaşması prosesi çox ləng gedir. Həmçinin planetdə iqlim dəyişikliyi səbəbindən bitkilərin sayının kifayət qədər azalacağı da onların məhvinə gətirib çıxaracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]