Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun ekspertinin iştirakı ilə seminar keçirilmişdir
Bakı, 24 sentyabr (AZƏRTAC). ARDNŞ-in Ekologiya İdarəsində “Atmosferə atılan istilik effekti yaradan qazların hesablanması üçün proqram təminatının tətbiqi” mövzusunda seminar keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (“DİW econ”) eksperti, ARDNŞ-nin ekoloji layihələrin idarə olunması şöbəsinin əməkdaşları, “Azərikimya” və “Azəriqaz” İB-nin, Heydər Əliyev adına Bakı neft emalı zavodunun və s. mütəxəssisləri iştirak etmişlər.
Seminarın birinci günü alman eksperti Marvin Sube tərəfindən hazırlanmış yeni proqramın təqdimatına, ikinci günü isə bu mexanizmin istilik effekti yaradan qazların hesablanması üçün proqram təminatının tətbiqinə həsr edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]