Almaniya Kansleri Olaf Şolts koronavirusa yoluxub
Bakı, 18 dekabr, AZƏRTAC
Almaniya Kansleri Olaf Şoltsun koronavirus testi müsbət çıxıb.
AZƏRTAC xəbər verir ki, Olaf Şolts bu barədə özünün sosial media hesabında yazıb.
“Simptomlara görə, xəstəliyin yüngül keçəcəyini gözləyirəm və yalnız öz ofisimdə işləməyi planlaşdırıram”, - deyə kansler bildirib.
Associated Press agentliyinin məlumatına görə, Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebeştrayt Olaf Şoltsun ofisdən telefon və video vasitəsilə işləməyə davam etdiyini açıqlayıb. O, həmçinin əlavə edib ki, 65 yaşlı hökumət başçısı bu ilin əvvəlində COVID-19 infeksiyasına qarşı peyvənd olunmuşdu.
Qeyd edək ki, Almaniya Kansleri dekabrın 19-da Berlində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşməli idi. Onun Berlinə səfəri ləğv olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]