ALMANİYA KİNOFİLMLƏRDƏ HİTLER OBRAZINA QOYULMUŞ QADAĞANI GÖTÜRMÜŞDÜR
Fürerin həyatının Berlində bunkerdə keçirdiyi son 12 günündən bəhs olunan yeni filmdə onun 1945-ci il aprelin 30-da arvadı Yeva Braunla birgə intiharı da təsvir edilir.
Filmin ssenarisi İoaxim Festin eyniadlı kitabı və Hitlerin katibəsi Traudl Yungenin 2002-ci ildə çapdan çıxmış xatirələri əsasında yazılmışdır.
“Qürub” filmi büdcəsinə görə alman kinematoqrafçılarının çəkdiyi ən bahalı filmlərdən biridir. Çəkilişlər Berlində, Münxendə və Sankt-Peterburqda aparılmışdır. Tənqidçilər film haqqında artıq müsbət rəylərini bildirmişlər. Onların fikrincə, film almanları tarixdə hər hansı başqa şəxsiyyətdən daha çox vahiməyə salan və təkcə almanların deyil, bütün dünya xalqlarının tarixində məşum rol oynamış bu qorxunc obrazın mifikləşdirilməsinə son qoyulması prosesinə kömək edir. Lakin tənqidçilər daha bir suala cavab verməli olacaqlar: Hitler kimi bədheybətin kinoda insan tək canlandırılması nə dərəcədə düzgündür?
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]