ALMANİYA ŞAHMATÇILARI BOBBİ FİŞERƏ SIĞINACAQ VERİLMƏSİNİ XAHİŞ EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Frans Press agentliyinin yaydığı məlumata görə, bir qrup alman şahmatçısı hökumətdən hazırda Yaponiyada həbsdə olan keçmiş dünya çempionu Bobbi Fişerə Almaniyada siyasi sığınacaq verməsini xahiş etmişdir. Ölkənin daxili işlər naziri Otto Şilinin adına göndərilən məktubu 100-dək şahmatçı imzalamışdır.
Şahmatçılar bildirmişlər ki, Fişerə Almaniyada sığınacaq verilsə, onun üçün mənzil də, dolanacaq xərcləri də taparlar.
Röyter agentliyinin verdiyi xəbərə görə, Yaponiyanın hakimiyyət orqanları Fişeri onun ötən aydan saxlandığı Tokionun beynəlxalq hava limanındakı təcridxanadan digər həbsxanaya keçirməyi qərara almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:59]