Almaniya vətəndaşlığı alan əcnəbilər arasında türklər liderlik təşkil edir
Berlin, 5 iyun, AZƏRTAC
Ötən il dünyanın 138 ölkəsindən olan 128900 əcnəbi Almaniyada “naturallaşma”dan keçərək bu ölkənin vətəndaşlığını əldə edib.
AZƏRTAC xəbər verir ki, bu, ötən illə müqayisədə 15 faiz çoxdur.
Bununla da, 2004-cü ilin rekordu artıq yenilənib. O vaxt 2019-cu illə müqayisədə daha az sayda vətəndaşlıq təqdim edilmişdi.
Maraqlıdır ki, Almaniya vətəndaşlığını almaq qərarına gələn əcnəbilər arasında britaniyalıların payı kəskin şəkildə artıb. Keçən il onların sayı 14,6 min nəfər olub. Müqayisə üçün xatırladaq ki, Brexit üzrə referendum ilində (2015-c il) onların sayı cəmi 600 nəfər təşkil edirdi.
Türklər həmişəki kimi liderdirlər. Ötən il 16200 nəfər türk “yeni alman”a çevrilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]