Almaniyada ilk dəfə gün ərzində 650 mindən çox insan peyvənd olunub
Bakı, 8 aprel, AZƏRTAC
Gün ərzində 650 mindən çox almaniyalı koronavirus əleyhinə peyvənd edilib. Bu, vaksinasiya kampaniyası müddətində ən yüksək göstəricidir.
AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Robert Kox İnstitutunun məlumatına əsasən, aprelin 7-də ölkədə rekord sayda insana vaksin dozası vurulub - 656 min 357. Öncəki rekord gün ərzində təxminən 400 min vaksin dozası idi.
Almaniyada koronavirusa qarşı peyvəndləmə dekabrın sonlarında başlayıb. Ötən müddətdə əhalinin 14 faizinə - təxminən 11,5 milyon nəfərə vaksinin birinci dozası vurulub. Ölkənin 4,7 milyondan çox sakini (5,7 faiz) tam peyvəndlənib.
Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, Almaniyada indiyədək 2 milyon 927 mindən çox yoluxma və 78 min 174 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 2 milyon, 631 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 217 min xəstədən 4 min 439-nun vəziyyəti ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]