ALMANİYADA QALMAQAL BAŞ VERMİŞDİR
Onun sözlərinə görə, məruzə Bundestaqın parlament nəzarəti komissiyası tərəfindən təqdim olunmuşdur və iyun ayında həmin sənədin müzakirəsinə yenidən qayıdılacaqdır. Sənəddə söhbət alman jurnalistlərinin izlənilməsindən, o cümlədən onların həmkarları barədə məlumat verməyə cəlb olunmalarından gedir.
Qəzetin yazdığına görə, söhbət Federal Məhkəmə Palatasının sabiq baş hakimi Gerhard Şeferin məlumatından gedir. Bu məlumata görə, AFR xarici kəşfiyyatının fəaliyyət dairəsinə bir deyil, daha çox jurnalist cəlb olunmuşdur. Onların 5-nin adları çəkilmiş, lakin açıqlanmamışdır. FKX guya “Der Spiegel” jurnalının redaktorları barəsində xüsusi fəallıq göstərmişdir.
Mayın 11-də 50 illik yubileyini qeyd edən FKX qəzetin informasiyasına hələlik heç bir reaksiya verməmişdir. FKX nümayəndəsi bildirmişdir ki, qurumun sabiq prezidenti Auqust Hanninq və onun varisi Ernst Urlau bu işdə adları hallanan jurnalistlərlə yarım il əvvəl söhbət aparmışlar. Onda açıq surətdə bildirilmişdi ki, səhvə yol verilmişdir.