Almaniyada son rəy sorğusu hökumətdə yer alan partiyaların reytinqinin azaldığını göstərir
Berlin, 5 oktyabr, AZƏRTAC
Almaniyada “Bild” qəzetinin sifarişi ilə keçirilən rəy sorğusunun nəticələri koalisiya hökumətində yer alan partiyaların – Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialiastlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyasının (SPD) reytinqinin bir qədər aşağı düşdüyünü göstərib.
AZƏRTAC qəzetə istinadla xəbər verir ki, sorğunun nəticələrinə əsasən, CDU/CSU-nun və SPD-nin reytinqləri bir faiz azalaraq müvafiq olaraq, 24 və 14 faizə düşüb. Beləliklə, hökumət koalisiyasının ümumi dəstəyi 38 faiz təşkil edib ki, bu da kabinetin formalaşdığı may ayından bəri ən aşağı göstəricidir.
Sorğuya əsasən, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası 26 faiz səviyyəsində sabit qalaraq hazırda ölkədə ən güclü siyasi qüvvə mövqeyini qoruyur. Sol Partiya bir faiz artımla 12 faizə yüksələrək Yaşıllar Partiyasını (11 faiz) geridə qoyub. Sahra Vaqenknext İttifaqı (BSW) və Azad Demokratik Partiya (FDP) hər biri 4 faiz nəticə toplayıb. Digər partiyaların ümumi payı 5 faiz təşkil edir.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]