Almaniyada vergi riskləri aradan qaldırılacaq
Bakı, 14 iyul, AZƏRTAC
Avropa Komissiyası COVID-19 pandemiyası ilə əlaqədar şirkətlərin üzləşdiyi çətinliklərin öhdəsindən gələ bilməsinə dəstək vermək üçün Almaniyanın hazırladığı 500 milyard avro məbləğində fondu təsdiqləyib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, fondun 400 milyard avroluq hissəsini şirkətlərin borclanması və buna oxşar tələblər üçün veriləcək zəmanətlər təşkil edəcək. Qalan hissə isə şirkətlərə sərmayə tipli kreditlər verilməsi, kapital əsaslı maliyyə alətləri və birgə sərmayə alətləri kimi təkrar sərmayə vasitələri qismində istifadə olunacaq.
Avropa Komissiyası sədrinin müavini Marqret Vestager Almaniyanın hazırladığı fondun şirkətlər üçün 500 milyard avro dəyərində likvidlik və sərmayə dəstəyi kimi istifadə ediləcəyini vurğulayaraq bu yolla vergiödəyicilərinin üzərinə düşən riskin iqtisadi yolla aradan qaldırılacağını bildirib.
M.Vestager maliyyə mənbəyindən istifadə şərtlərinin arasında divident və bonus ödəmələri qadağaları kimi məhdudiyyətlərin olduğuna da diqqət çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]