Almaniyadakı Yəhudi Mədəniyyət Mərkəzində Azərbaycan rejissorunun filmi təqdim olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində Münhen Dağ Yəhudiləri İcmasının təşəbbüsü ilə Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan “Ana duası” filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Filmin qəhrəmanı Oğuzda doğulmuş, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri, ravvin Şmuel Simantovdur.
Filmin rejissoru Rüfət Əsədovdur. Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir.