Almaniyanın müdafiə naziri: Bundesverin modernləşdirilməsi üçün 52 milyard avro kifayət deyil
Bakı, 11 aprel, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius müdafiə büdcəsinin artırılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, hərbi xərclər üçün nəzərdə tutulan 52 milyard avro Bundesverin gələcək modernləşdirilməsi üçün kifayət deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb. Jurnalın məlumatına görə, Pistorius maliyyə naziri Kristian Lindnerlə qarşıdakı danışıqlarda 2025-ci ilin büdcəsində əhəmiyyətli artıma nail olmaq niyyətindədir.
Pistorius bildirib ki, Bundesverin yüksək istismar və kadr xərcləri səbəbindən 2025-ci ildə yeni investisiyalara, demək olar, imkanı olmayacaq. Məsələn, cari hesablamalara görə, 52 milyard avrodan yeni tədarük xərcləri üçün cəmi 500 milyon avro qalıb, büdcənin qalan hissəsi isə artıq planlaşdırılıb.
2024-cü ildə Almaniya müdafiəyə 73,41 milyard dollar xərcləməyi planlaşdırır. Ölkənin müdafiə naziri fevralın 17-də Münxen Təhlükəsizlik Konfransında deyib ki, hərbi xərclərin bu səviyyəsi Almaniyanın növbəti illərdə təhlükəsizliyinin təmini üçün kifayət etməyə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]