Almatıda Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilib
Almatı, 22 fevral, AZƏRTAC
Almatı şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib.
İctimai-siyasi xadimlərin və Almatıda fəaliyyət göstərən diaspor təşkilatları təmsilçilərinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Xocalıda törədilmiş cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlardan istifadə olunacağına, soydaşlarımızın, xüsusilə də tələbələrimizin və gənclərimizin Azərbaycan tarixindəki bu qanlı səhifəni heç zaman unutmayacağına əminliklərini ifadə ediblər.
Natiqlər ermənilərin Xocalıda törətdikləri vəhşiliklərinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən ən dəhşətlisi olduğunu vurğulayıb, faciəyə indiyədək dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməməsindən təəssüfləndiklərini bildirmişlər.
Tədbirdə Xocalı faciəsini əks etdirən kitab və şəkillərdən ibarət sərgi təqdim edilib, Xocalı soyqırımı və erməni terrorunu əks etdirən sənədli film nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]