Almaz Mahmud: Jurnalistlər cəmiyyətin diqqətini həssas məsələlərə yönəltməlidirlər
Bakı, 28 noyabr, AZƏRTAC
Jurnalistlər və media nümayəndələri cəmiyyətdə maarifləndirmə işində vacib rol oynayır, onların fəaliyyəti ictimaiyyətin diqqətini həssas məsələlərə yönəldir və sosial problemlərin həllinə töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda keçirilən tədbirdə söyləyib. O bildirib ki, jurnalistlər yalnız informasiya çatdırmaqla kifayətlənməməli, həm də cəmiyyətin diqqətini həssas məsələlərə, qadın və uşaqların müdafiəsi, zorakılıq hallarının qarşısının alınması kimi problemlərə yönəltməlidirlər. Jurnalistlər xəbər verməklə yanaşı, həm də cəmiyyətin sosial maarifləndirilməsini təmin etməli və insanların hüquq-müdafiə sahəsində məlumatlılığını artırmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]