Altı ayda əsas kapitala 4 milyard manatdan çox vəsait yönəldilib
Bakı, 8 avqust, AZƏRTAC
Bu ilin altı ayında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 62,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 870,7 milyon manatı və ya 46,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 2020-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 22,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]