AMEA Botanika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocalı faciəsinin baş vermə səbəbləri və acı nəticələri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, həmin gecə erməni cəlladları və onların havadarları Xocalıda yüzlərlə dinc, köməksiz sakini - qocaları, qadınları, körpələri qəddarcasına qətlə yetirmişlər. Qeyd olunmuşdur ki, ermənilərin Xocalıda törətdikləri qırğınlar, xalqımıza qarşı yeridilmiş məqsədyönlü soyqırımı siyasəti insanlıq və bəşəriyyət tarixində ən qanlı hadisələrdən, dəhşətli cinayətlərdən biri kimi yaddaşlarda qalacaqdır.
Vurğulanmışdır ki, Xocalı faciəsi xalqımızı sarsıtsa da, onun dözümünü, iradəsini qıra bilməmişdir. Bu müsibət müqəddəs Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı uğrunda mübarizədə bizi daha da mətinləşdirmiş və birləşdirmişdir. Bu gün şəhidlərimizin müqəddəs ruhu işğal olunmuş torpaqlarımızın azad edilməsi və qaçqın soydaşlarımızın öz yurdlarına qaytarılması uğrunda mübarizədə hər birimizi daha böyük əzmkarlıq göstərməyə səsləyir.
Tədbir çərçivəsində faciəni əks etdirən sərgi nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]