AMEA-NIN MƏRKƏZİ ELMİ KİTABXANASINDA ELMİ JURNALLARIN SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (AMEA MEK) Rusiya Elmlər Akademiyasının Təbiət elmləri üzrə kitabxanasından alınan elmi jurnalların sərgisi təşkil olunmuşdur.
Açılış mərasimində AMEA MEK-nın direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli sərgi haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, sərgidə 140 adda 1066 nüsxə elmi jurnal (“Ekologiya”, “Biokimya”, “Cəmiyyət və İqtisadiyyat”, “Geokimya”, “Elektrokimya” və s.) nümayiş etdirilir.
Çıxışlarda sərginin əhəmiyyətindən bəhs olunmuşdur.