AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafik göstəricisi nəşr olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tanınmış dilçi-türkoloq-alim və pedaqoq Əbülfəz Aman oğlu Quliyevin həyatı, elmi-ictimai fəaliyyətini əks etdirən biblioqrafik göstərici çapdan çıxıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstərici alimin 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunub.
Vəsaitə alimin elmi və pedaqoji fəaliyyətini əks etdirən monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi və elmi-kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri, dissertasiyalara rəhbərlik və opponentlik işləri daxil edilib. Burada, həmçinin alimin özü və əsərləri haqqında nəşr olunan yazıların, Azərbaycan dilinin tarixi və türk dillərinin tarixini geniş təbliğ edən müxtəlif konfrans, simpozium və elmi seminarlarda etdiyi çıxış və məruzələri mənbələri öz əksini tapıb.
Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur.
Azərbaycan dilçiliyi, türkologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşr həm də elektron şəkildə oxuculara təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb
- 07.08.2026 [10:38]