AMEA Yüksək Texnologiyalar Parkının stendi “Karyera sərgisi”ndə
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) ADA Universitetində keçirilən “Karyera sərgisi”ndə öz stendi ilə təmsil olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, stenddə YT Parkın əsas fəaliyyət istiqamətləri, elm və biznesin qovuşduğu bu məkanda həyata keçirilən innovativ layihələr və istehsal edilən məhsullara dair bukletlər, kitab və kitabçalar yer alıb.
YT Park müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]