AMERİKA-AZƏRBAYCAN ASSOSİASİYALARI ASSAMBLEYASI YARADILACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmaları ölkəmizin milli maraqlarının qorunması, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin bu ölkənin ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görürlər. Lakin onların pərakəndə fəaliyyəti istənilən səmərəni vermir. Buna görə də Birləşmiş Ştatlardakı soydaşlarımızın vahid mərkəzdən idarə olunması üçün Amerika-Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması qərara alınmışdır. Assambleyanın təsis konfransı 2006-cı ilin noyabr ayında keçiriləcəkdir. Qurumun nizamnaməsinin hazırlanmasına və təsis konfransının keçirilməsinə dair məsələləri həll etmək məqsədi ilə təşkilat komitəsi yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]