Amerika Gəmiçilik Bürosunun Bakı ofisinin rəhbəri Ryan Salamati ilə görüş olub
Bakı, 7 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev ölkəmizdə beş illik fəaliyyətinin başa çatması ilə əlaqədar Amerika Gəmiçilik Bürosunun (ABS) Bakı ofisinin rəhbəri Ryan Salamati ilə görüşüb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS ilə ASCO-nun ötən beş il ərzində əməkdaşlığı yüksək qiymətləndirilib.
Rauf Vəliyev bildirib ki, istər donanmaların, istərsə də sahil müəssisə və təşkilatların işinin beynəlxalq standartlar səviyyəsində qurulması, mütəxəssislərin peşə hazırlığının artırılması ASCO-nun önəm verdiyi məsələlərdəndir. ASCO ilə ABS bu istiqamətlərdə uğurlu əməkdaşlıq edir və bu, gələcəkdə də davam etdiriləcək.
Görüşdə enerji səmərəliliyi istiqamətində innovativ planların tətbiqi, qlobal karbon qazlarının azalma intensivliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ASCO-nun sədri Ryan Salamatiyə əməkdaşlığa verdiyi töhfələrə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ryan Salamati öz növbəsində Rauf Vəliyevə və çoxminli ASCO ailəsinə ötən beş il ərzindəki sıx və uğurlu əməkdaşlığa görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Ryan Salamti Beynəlxalq Dəniz Təşkilatının tələblərinin ASCO-da icrasını vaxtaşırı yoxlayaraq təsdiqlənməsində, şirkətin uyğunluq auditini apararaq müvafiq İSO və İSM sertifikatlarının verilməsində yaxından iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]