Amerikalı ekspertlər Şimali Koreyanın nüvə obyektində aktivlik qeydə alıblar
Bakı, 31 mart, AZƏRTAC
Amerikalı ekspertlərin fikrincə, KXDR Yonbön nüvə obyektində plutoniumun emalı üzrə işləri bərpa edib və ya bərpa etməyə hazırlaşır.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, müvafiq məruzə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin saytında dərc olunub.
Məruzədə qeyd olunur ki, ekspertlər bu fikrə martın 30-na aid peyk çəkilişləri əsasında gəliblər. Həmin fotoşəkillərdə nüvə obyektində yerləşən binalardan birinin üzərində buxar və ya tüstünün qalxdığı görünür. Bu əlamət obyektin fəaliyyət göstərdiyini və qızdırıldığını sübut edir ki, bu da öz növbəsində Yonbön nüvə obyektində plutoniumun emalı üzrə yeni kampaniyanın başladığı və ya bu işlərə hazırlıq aparıldığı anlamına gəlir.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, son bir neçə həftə ərzində nüvə obyekti ilə bağlı istilik elektrik stansiyasında da aktivlik müşahidə olunur.
Martın 25-də KXDR ötən il martın 29-dan bəri ilk ballistik raket sınağını həyata keçirib. Yaponiyanın Sahil Mühafizəsi Xidmətinin məlumatına əsasən, Şimali Koreyadan atılan iki raket təxminən 450 kilometr məsafə qət edərək dənizə düşüb. Onların maksimal uçuş hündürlüyü 100 kilometrdən az olub.
KXDR isə öz növbəsində sınaqdan keçirdiyi iki yeni ballistik raketin 600 kilometr məsafə qət etdiyini və 2,5 ton ağırlığında döyüş başlığı daşıya bildiyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]