AMERİKALILAR “ƏL-QAİDƏ” LİDERLƏRİNDƏN OLAN ƏZ-ZƏRQAVİNİ ARADAN GÖTÜRMƏK ÜÇÜN ƏL-FƏLLUCANI BOMBALAMIŞLAR
AZƏRTAC xəbər verir ki, İTAR-TASS agentliyinin “Əl-Aləm” peyk telekanalına istinadla yaydığı məlumata görə, Amerika aviasiyasının Əl-Fəlluca şəhərini gecə bombalamasından məqsəd Vaşinqtonun axtardığı Əbu Müsaba əz-Zərqavini məhv etmək olmuşdur. ABŞ–da onu “Əl-Qaidə”nin İraqda əsas nümayəndəsi hesab edirlər.
Əz-Zərqavinin Əl-Fəllucadakı evlərdən birində olması xəbərini hərbi kəşfiyyat gətirmişdir.
Hücum nəticəsində doqquz adam, o cümlədən uşaqlar həlak olmuş, altı nəfər yaralanmışdır. Ölənlər və yaralananlar arasında əz-Zərqavi yoxdur.
ABŞ onun tutulması üçün 25 milyon dollar pul mükafatı təyin etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]