“Ana Tanrıça Kybele” heykəli 60 ildən sonra Türkiyəyə gətirilib
İstanbul, 13 dekabr, AZƏRTAC
Miladdan əvvəl bolluq və məhsuldarlığın rəmzi və qoruyucu olduğu hesab edilən “Ana Tanrıça Kybele" heykəli təxminən 60 ildən sonra Türkiyəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, 1960-70-ci illərdə qanunsuz yollarla Türkiyədən İsrailə qaçırılan bu tarixi əsər burada bir İsrail vətəndaşı tərəfindən satın alınıb. Əsərin 2016-cı ildə ABŞ-a aparılması üçün hüquq- mühafizə orqanlarına müraciət olunub. Bunun ardından Türkiyənin mədəniyyət və turizm, xarici İşlər nazirlikləri və Türkiyənin Nyu-Yorkdakı Səfirliyinin birgə işləri nəticəsində 1700 il yaşı olan bu heykəl ABŞ-dan Türkiyəyə qaytarılıb.
Heykəlin hazırlanmasında istifadə edilən mərmər tipinin tipoloji xüsusiyyətləri onun Anadolu mənşəli olduğunu göstərir.
Hazırda İstanbul Arxeoloji Muzeyində sərgilənəcək əsərin sonra Afyonkarahisar vilayətində yeni hazırlanan muzeyə aparılması planlaşdırılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]