“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi uğurla davam edir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Konyada keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqlarını yerinə yetiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın hərbi pilotları peşəkarlıq göstərərək, qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.