ANAMA CARİ İLDƏ 11 MİLYON KVADRATMETR SAHƏNİ MİNALARDAN TƏMİZLƏYƏCƏKDİR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov AZƏRTAC-a bildirmişdir ki, ötən il qurum təxminən 8 milyon kvadratmetr sahəni mina və partlamamış hərbi sursatdan təmizləmişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində minalanmış sahələrin təmizlənməsi cari ildə də davam etdiriləcəkdir. Bu il 11 milyon kvadratmetr sahənin təmizlənməsi nəzərdə tutulur.