ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 100 mina aşkarlanıb
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, aprelin 19-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 90,8 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:20]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [19:41]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:25]