İQTİSADİYYAT
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
Bakı, 21 fevral, AZƏRTAC
Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib.
“Baş planın hazırlanması ilə bağlı tender elan olunub. Bir neçə gün əvvəl tender üzrə təqdim olunmuş təkliflərin qəbulu başa çatıb. Bu məsələyə dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu şirkətlər böyük maraq göstərib. Yaxın müddətdə təkliflərə baxılacaq. Növbəti bir neçə həftə ərzində qalib müəyyən ediləcək. Daha sonra Baş planın hazırlanması üçün texniki işlərə başlanılacaq. Bu, kifayət qədər uzun müddət tələb edən prosesdir”, - deyə aparat rəhbəri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]