“Anatolian Phoenix-2019” təlimində iştirak edəcək Azərbaycanın hərbi helikopterləri Türkiyədədir VİDEO
Bakı, 13 may, AZƏRTAC
“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopterləri Konya şəhərinə çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən hazırlıq məşqlərinə başlayacaqlar.
Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin iki “Mi-35” və iki “Mi-17” helikopteri iştirak edir.