“Anatolian Phoenix-2019” təlimləri davam edir VİDEO
Bakı, 15 may, AZƏRTAC
Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin növbəti mərhələsində ssenariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyən olunaraq xilas edilməsi məqsədilə axtarış-xilasetmə əməliyyatları həyata keçirilib.