“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Bakı, 27 may, AZƏRTAC
Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin növbəti günündə ssenariyə uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarına cəlb edilən Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.