Ankara koronavirusa qarşı peyvəndi Pekindən alacaq
Bakı, 15 dekabr, AZƏRTAC
Türkiyə Çin kompaniyaları tərəfindən hazırlanan koronavirus əleyhinə peyvəndin effektiv və təhlükəsiz olduğunu, vaksinasiyada ondan istifadə ediləcəyini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu məsələ Türkiyə və Çin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Van İ arasında telefon danışığı zamanı müzakirə olunub. Mövlud Çavuşoğlu koronavirusun yayılmasının qarşısını uğurla aldığına görə Çin rəhbərliyini təbrik edib.
Xatırladaq ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa 73 milyon 270 mindən çox yoluxma və 1 milyon 630 mindən artıq ölüm faktı qeydə alınıb.
Türkiyədə ötən sutka ərzində 29 min 617 yoluxma halı aşkarlanıb və pandemiyanın başlanğıcından bəri yoluxanların ümumi sayı 1 milyon 866 min 345 nəfərə çatıb. Həmçinin COVID-19 infeksiyası səbəbindən 16 min 646 nəfər vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]