Ankara Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir
Ankara, 29 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi və “Türk Azəri Birliyi” Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Ankara Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mərasim keçirmişdir.
Tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Türkiyənin müxtəlif siyasi partiyalarının nümayəndələri, Ankara Universitetinin tələbə və müəllim kollektivi, ictimaiyyət, diaspor və KİV təmsilçiləri iştirak etmişlər.
Mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun təqdim etdiyi sənədli film nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən Xocalı soyqırımının şahidləri faciə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.
Sonda müğənni Azərinin ifasında vətənpərvərlik ruhunda şer və mahnılar dinlənilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]