Ankarada təhsil alan azərbaycanlı gənclər Ulu Öndərin abidəsini ziyarət ediblər
Ankara, 10 May, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ankarada təhsil alan bir qrup azərbaycanlı gənc Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində BUTA Gənclərin Həmrəylik Dərnəyi və “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin qorunması və müstəqil Azərbaycanın inkişafı istiqamətindəki tarixi xidmətlərini ehtiramla yad edərək, abidə önünə gül dəstələri düzüblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara