Antalya Diplomatiya Forumunda 100-dən çox ölkə təmsil olunacaq
Antalya, 28 fevral, AZƏRTAC
Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək regional, qlobal və tematik məsələlərin müzakirə ediləcəyi III Diplomatiya Forumuna hazırlıq işləri başa çatıb.
AZƏRTAC forumun Təşkilat Komitəsinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçiriləcək bu mötəbər tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.
Türkiyə XİN-in nümayəndəsi Oncu Keçeli bildirib ki, “Böhran dövründə diplomatiyaya aksent” mövzusunda keçiriləcək forumda 60-dan çox ölkənin xarici işlər nazirləri, həmçinin 80-ə yaxın beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.
Forum çərçivəsində 50 müxtəlif sessiya və panel iclaslarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğanın bu tədbirin platformasında ayrı-ayrı ölkələrin liderləri və nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
2023-cü ildə Türkiyədə dağıdıcı fevral zəlzələlərinin fəsadları üzündən Antalya Diplomatiya Forumu təxirə salınmışdı. Bir il əvvəl isə onun işində 17 dövlət başçısı, 80 xarici işlər naziri və 40-dan çox beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]