Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antonio Quterreş: “Ümidvaram ki, Azərbaycana növbəti səfərimdə məcburi köçkünləri öz doğma yurdlarında salamlayacağam”

Bakı, 18 may (AZƏRTAC). Azərbaycana ikigünlük səfəri çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş mayın 18-də Bakıdan vertolyotla Ağdam rayonuna gəlmişdir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Koçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qonağa Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Xüsusi Dövlət Proqramı və ona əlavələr qəbul edilmiş, məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, müasir yaşayış kompleksləri tikilmişdir. Prezident İlham Əliyevin bu sahəni daim diqqətdə saxlaması və məqsədyönlü siyasəti nəticəsində 2007-ci ilin dekabrında ölkəmizdəki sonuncu qaçqın düşərgəsi ləğv olunmuşdur. Ümumilikdə, bu günə qədər qaçqın və məcburi köçkünlər üçün bütün infrastruktura malik 67 yeni qəsəbə salınmışdır. Bu qəsəbələrdə məcburi köçkünlərin məşğulluq məsələlərinə xüsusi diqqət yetirilmişdir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlər bu gün də uğurla davam etdirilir.

Ağdan rayonunun Quzanlı kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə gələn qonaqları sakinlər mehribanlıqla qarşılamışlar. Onlara məlumat verildi ki, qəsəbə 2010-cu ilin noyabrında istifadəyə verilmişdir. Qəsəbənin açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. Qəsəbədə inşa olunmuş 689 evdə 2760 nəfər məcburi köçkün məskunlaşmışdır. Qəsəbədə bütün infrastruktur yaradılmışdır.

Qonaqlar məcburi köçkün Oruc Cabbarovun 4 otaqlı mənzilinə baş çəkmiş, ailənin şəraiti ilə tanış olmuşlar.

Sonra ali komissar qəsəbədəki Ağdam rayon 18 nömrəli məktəbinin həyətində məcburi köçkünlərlə görüşmüşdür.

Baş nazirin müavini Əli Həsənov qonağı sakinlərə təqdim edərək demişdir ki, 2005-ci ildən BMT-in qaçqınlar üzrə ali komissarı olan Antonio Quterreş Azərbaycan həqiqətlərini dünyaya yayan bir şəxsdir və o, qaçqın məsələsinə həssas münasibəti ilə tanınır. A.Quterreş ilk dəfə Azərbaycana 2006-cı ildə gəlmişdir.

Məcburi köçkün Aybəniz Məhərrəmova didərgün düşdükləri vaxtdan üzləşdikləri çətinliklərdən danışmışdır. Bildirilmişdir ki, onlar Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən il bu müasir qəsəbəyə köçmüşlər.

Burada onlar üçün hər cür şərait yaradılmışdır. Ancaq onların ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində təkcə Ağdam rayonunun 6 min şəhid verdiyini vurğulayan A.Məhərrəmova bu gün də atəşkəsin ermənilər tərəfndən tez-tez pozulmasından, mart ayında 9 yaşlı Farizin erməni snayperinin gülləsinə tuş gəlməsindən ürək ağrısı ilə danışmışdır.

Məcburi köçkün Qədulla Səfərov qonağa onların görüşünə gəldiyinə görə minnətdarlıq etmişdir. BMT-nin Liviya ilə bağlı qərarının tez bir zamanda icra olunmasını xatırladan Q.Səfərov, uzun illərdir ki, BMT TŞ-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də kağız üzərində qalmasından narazılığını bildirmişdir.

Məcburi köçkünlər qarşısında çıxış edən A.Quterreş demişdir ki, mən heç vaxt qaçqın olmasam da, sizi yaxşı başa düşürəm və sizə böyük hörmətlə yanaşıram. Sizin probleminiz yaddan çıxmayıb və biz də yaddan çıxarmayacağıq. Hökumətinizin bu işə sadiqliyi nəticəsində sizin üçün çox yaxşı şərait yaradılmışdır. Mən dünyanın bir çox yerlərində qaçqınların çox ağır vəziyyətdə yaşadığını görmüşəm. Nə yaxşı ki, sizə bu cür gözəl şəraiti yaradan insanlar vardır. Mən inanıram ki, siz öz doğma yurdunuza dönəcəksiniz.

Sonra qonaqlar məktəblə tanıış olmuşlar. Ağdam təhsil şöbəsinin uşaq xor kollektivi bədii proqramla çıxış etmişlər. Onların Vətən həsrətli “O kənd bizim kəndimizdir” bədii kompozisiyası qonaqlarda böyük təəssürat yaratmışdır. BMT QAK-ın nümayəndələri məktəbdəki informatika kabinetində olmuş, idman zalına baxmışlar. Qonaqlar məktəbin müasir kompyuter otağında gördüklərindən razı qalmışlar. İdman zalında isə yeniyetmə idmançıların nümunəvi çıxışları olmuşdur.

Antonio Quterreş məktəblilərlə söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

BMT QAK-ın nümayəndələri elə həmin gün Yevlax rayonunda da olmuşlar. Ali komissar və onu müşayiət edən şəxslər Yevlax şəhərində Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni salınmış çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinə baş çəkmişlər. Qonaqlara məlumat verilmişdir ki, burada doqquzmərtəbəli 10 binada 612 ailə məskunlaşmışdır. Məhəllədə məcburi köçkünlərlə görüşdə qonağa bu yaşayış kompleksində lazımi şəraitlə təmin olunmalarına baxmayaraq, onlar yenə də də öz doğma ev-eşiklərinə qayıtmaq istədiklərini bildirmiş, qonaqdan Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmasını xahiş etmişlər.

Qonaqlar ağdamlı məcburi köçkün Şahmar Göyüşovun 4 otaqlı mənzilindəki şəraitlə tanış olmuş, çay süfrəsi arxasında onların problemləri ilə maraqlanmışlar.

23 nömrəli Ağdam, 30 nömrəli Kəlbəcər orta məktəbinin həyətində keçirilən görüşdə məcburi köçkünlər dövlətin onlara qayğısından razılıqlarını bildirmişlər. Ermənistanın işğalçı siyasətini davam etdirmələrindən, beynəlxalq hüququn tələblərinə məhəl qoymamalarından narahatlıqlarını ifadə etmişlər.

Nə qədər gözəl şəraitləri olsa da, bütün bunlar doğma yurdu əvəz edə bilməz, - deyən məcburi köçkünlər ali komissardan Azərbaycanın haqq səsini beynəlxalq səviyyədə müdafiə etməyi xahiş etmişlər.

Baş nazirin müavini Əli Həsənov görüşdə qeyd etdi ki, BMT-nin Qaçqınar üzrə Ali Komissarlığı 1992-ci ildən Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşan ən böyük beynəlxalq təşkilatdır. Ötən illər ərzində beynəlxalq təşkilatlardan azərbaycanlı məcburi köçkünlərə göstərilən 220 milyon ABŞ dolları məbləğində yardımın 70 milyonu BMT QAK-ın payına düşür.

A.Quterreş Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlər üçün yaratdığı şəraiti bir daha yüksək qiymətləndirmişdir. O demişdir: “Mən başa düşürəm ki, münaqişə tezliklə öz həllini tapmalıdır. İnsanlar öz yurd-yuvalarına qayıtmalıdırlar. Bizim borcumuz sizin problemlərinizi dünyaya çatdırmaqdır və bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Görüşün sonunda A.Quterreş ümidvar olduğunu bildirdi ki, Azərbaycana növbəti səfərində məcburi köçkünləri öz doğma torpaqlarında salamlayacaqdır.

Yevlaxdan Bakıya qayıdan BMT QAK-ın nümayəndələri paytaxtın Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yataqxanalarda və yeni salınmış məhəllədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər.

Yataqxanalarda məskunlaşmış ağdamlı məcburi köçkün Vəli Qocayev, torpaqlarımızın azadlığı uğrunda 5 şəhid vermiş Qəndab ana dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildirmişlər.

Məcburi köçkünlər ali komissardan Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılmasını və rəsmi Bakının ədalətli mövqeyini müdafiə etməyi xahiş etmişlər.

2 nömrəli evtikmə kombinatının həyətindəki yeni məhəllədə məskunlaşmış məcburi köçkünlər də qonaqları hərarətlə qarşılamışlar. Zəngilan rayonundan olan məcburi köçkün Cahan Cabbarova onlara göstərilən diqqət və qayğıdan razılıq etmişdir. Azərbaycan İqtisad Universitetinin II kurs tələbəsi, məcburi köçkün Bəhruz Hüseynzadə qonaqlara məcburi köçkün gənclərin problemlərindən, ata-baba yurdlarına qayıtmaq arzularından danışmışdır.

Qonaqlar B.Hüseynzadənin gənclər adından çıxış edərək onların arzu və istəklərini ingilis dilində, sərbəst şəkildə ifadə etməsini yüksək qiymətləndirmişlər.

A.Quterreş bir daha söz vermişdir ki, Azərbaycanın, xüsusən də məcburi köçkünlərin haqq səsinin dünyaya çatdırılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına dönmələrinin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəkdir.

Ali komissarın başçılıq etdiyi nümayəndə heyəti daha sonra BMT QAK-ın Qaçqın qəbulu, qadın və gənclər Mərkəzi ilə tanış olmuş, burada yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Xətayi Əzizov

AZƏRTAC-ın müxbiri

Bakı-Ağdam-Yevlax-Bakı

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq

Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi

Oleq Əmirbəyov: Aleksandr Şarovski quruluş verdiyi tamaşalarda yaşamağa davam edəcək

Bakıda beynəlxalq simpoziumda qırğız yazısının tarixi ilə bağlı araşdırmalar təqdim olunacaq

Xəzər dənizinin sürətlə dayazlaşması: Qlobal iqlim dəyişikliyi və regional su böhranı – ŞƏRH

Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub

Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi

Lənkəranda yeni turizm obyektləri istifadəyə veriləcək

BCAW2026: Su mərkəzli iqlim fəaliyyətinə dair dəyirmi masa keçirilib

Ağdərənin Suqovuşan kəndində müasir yaşayış və sosial infrastruktur yaradılıb

Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub

Xəlilur Rəhman Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumatlandırılıb

Geridə qalan köçkünlük, Kəlbəcərdə yeni emalatxana: Bir dülgərin QAYIDIŞ HEKAYƏSİ

Siyasi şərhçi: Xəzər hövzəsində ekoloji problemlərin həlli regional əməkdaşlıq tələb edir

İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

SEPAH ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb

Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər

Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib

“Samsung”un rəhbəri anasından 1,42 milyard dollarlıq səhm alır

Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti istiqamətində görüləcək işlər dəyərləndirilib

Vivek Şah: Bakı Dialoqunun əsas məqsədi su və iqlim gündəliyi üzrə ortaq prioritetləri müəyyənləşdirməkdir

Siyasi şərhçi: Azərbaycanın əsas hədəfi COP29 irsini konkret layihələrə və investisiyalara çevirməkdir

Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında 200-ə yaxın vakansiya təqdim ediləcək

“Azərbaycan florasının konspekti” - fundamental elmi nəşr

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün