Aprel və may aylarında Moldovada valyuta bazarı ölkənin tarixində ən maksimal göstəriciyədək azalıb
Kişineu, 23 iyun, AZƏRTAC
Aprel və may aylarında, koronavirus pandemiyası səbəbindən Moldovada tətbiq olunan karantin dövründə respublikada valyuta bazarında əməliyyatların həcmi 42 faizdən çox azalıb ki, bu da ölkə tarixində ən maksimal göstəricidir.
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, “IDIS Viitorul”un iqtisadi siyasət üzrə eksperti Vyaçeslav İonitse belə qənaətə gəlib.
Onun sözlərinə görə, Moldovanın valyuta bazarında ümumi dövriyyəsi 2019-cu ildəki 1,277 milyon dollardan 543 milyon dollar azalaraq 2020-ci ildə 734 milyon dollar təşkil edib.
Moldova valyuta bazarında budəfəki azalma 2015-ci ilin böhranı ilə müqayisədə xeyli çoxdur. O vaxt elə bu dövr üzrə valyuta bazarı 31 faiz aşağı düşmüşdü.
Ekspertin sözlərinə görə, bu azalmaya bir neçə amil təsir göstərib. Söhbət ondan gedir ki, karantin və sərhədlərin bağlanması səbəbindən fiziki şəxslər ölkəyə valyuta gətirə bilmir. Bundan başqa, insanlar valyutanı dəyişməyiblər, çünki ticarət obyektlərinin əksəriyyəti işləmirdi və onlar pulu harada və nəyə xərcləyəcəklərini bilmirdirlər.
Hüquqi şəxslər tərəfindən xarici valyuta satışı 159 milyon, yaxud 38 faiz - 2019-cu ildəki 418 milyon dollardan 2020-ci ildəki 259 milyon dollaradək aşağı düşüb. Hüquqi şəxslər tərəfindən xarici valyutaya tələbatın azalması, ekspertlərin fikrincə, əsasən Moldova Respublikasına idxalın kəskin azalması ilə bağlıdır. Təkcə aprel ayında ixracat ötən ilin analoji dövrü ilə müqayisədə 230 milyon dollar azalıb.
Rüstəm Məmmədov
Kişineu