APRELDƏ 941 MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-a bildirmişlər ki, apreldə 1 milyon 506 min 113 kvadratmetr ərazi minalardan və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. Agentlik həmin ərazidə 941 mina və PHS aşkar edərək zərərsizləşdirmişdir.
İndiyədək 25 milyon 317 min 353 kvadratmetr ərazi minalardan təmizlənmiş, 16 min 250 mina və PHS zərərsizləşdirilmişdir.
Ötən ay mexaniki üsulla 199 min 300 kvadratmetr sahə təmizlənmişdir.