Aprelin 11-də Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək
Bişkek, 8 aprel, АZƏRTAC
Aprelin 11-də Qırğızıstanın Əsas Qanununa - Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstan Joqorku Keneşinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, referenduma Qırğızıstanın prezident idarəçiliyinə keçirilməsi və deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılacaq.
Xatırladaq ki, indiyədək Qırğızıstanda parlament-prezident idarəçilik forması hökm sürüb.
Referendumu Azərbaycan da daxil olmaqla, Müstəqil Dövlətlər Birliyi və bir sıra Avropa ölkələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri izləyəcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]