A.Qakrelidze: "Gürcüstanda epidemioloji vəziyyət olduqca gərgindir”
Tbilisi, 6 aprel, AZƏRTAC
"Gürcüstanda epidemioloji vəziyyət olduqca gərgindir. Ölkə üçüncü dalğaya gedir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzin rəhbəri Amiran Qamqrelidze söyləyib.
Mərkəz rəhbəri bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət olduqca gərgindir, getdikcə daha da pisləşir. Yeni yoluxanların sayı əhəmiyyətli dərəcədə artıb. Ölkə üçüncü dalğaya tərəf gedir.
Qamkrelidze deyib: “İndi təxmini 10-a qədər kiçik epidemiya ocaqları və klasterlər mövcuddur. Bunun mənbəyi isə yenə də böyük yığıncaqlar - toylar və yas yerləridir. Əgər epidemiya vəziyyəti daha da pisləşərsə, Koordinasiya Şurası müxtəlif sərtləşdirmə tədbirlərinin tətbiqini müzakirə edəcək”.
Qeyd edək ki, bu gün ölkədə 897 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 284 min 958-ə çatıb.
Son sutkada daha 10 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin sayı 3 min 832 nəfərə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]