CƏMİYYƏT
AQTA-nın əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.
AZƏRTAC xəbər verir ki, anım günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna dərin hörmət və ehtiram bildirib, abidəsi önünə gül dəstələri düzüb.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.