CƏMİYYƏT
AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda növbəti təlim təşkil edib


Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlim təşkil olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə “Siti Keyterinq” QSC və “Şabran” Yaradıcılıq İstirahət Kompleksi əməkdaşlarına sanitar-gigiyenik normalar barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, keçirilən təlimlər müəssisələrin fəaliyyətinin qida təhlükəsizliyi normalarına uyğun qurulmasına və nöqsanların minimuma endirilməsinə şərait yaradır. Təlim zamanı iştirakçılara ictimai iaşə müəssisələrində baş verə biləcək risklər və onların idarə olunması, habelə qanunvericilik tələblərinin tətbiqindən bəhs olunub.
Qeyd edək ki, “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Qanununa uyğun olaraq təşkil edilir. Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir.